RU

Uşaq neçə saat ekran qarşısında ola bilər? - Yaşa uyğun SAATLAR

Günümüzdə uşaqların ekran saatları, "ümumiyyətlə ekran izləməyə neçə yaşdan başlamalıdır?" sualı xeyli müzakirə olunan məsələlərdən biridir. Türkiyəli həkim, uşaq mütəxəssisi Dr. Mustafa Burak Seven uşaqların yaşlarına uyğun olaraq izləyə biləcəyi ekran müddətlərini açıqlayıb.

Bizim.Media xəbər verir ki, həkim həyatın ilk iki ilinin beyin inkişafı üçün kritik bir dövr olduğunu vurğulayıb.

O deyib ki, ilk 24 ayda, yəni 2 yaşına qədər ekran tövsiyə olunmur. Bu dövrdə körpə toxunaraq, göz kontaktı quraraq və səsləri dinləyərək öyrənir. Ekran bu inkişaf prosesinin yerini tutmur.

İki yaşından sonra ekran istifadəsinə tam qadağa qoymaq əvəzinə nəzarətli yanaşma vacibdir.

Dr. Seven bildirib ki, 24-36 ay arası ekran istifadə ediləcəksə, mütləq valideyn müşayiəti ilə olmalı və gündəlik müddət 10-15 dəqiqəni keçməməlidir. Uşaq təkbaşına ekrana buraxılmamalı, izlənilən məzmun haqqında danışmaq lazımdır.
 

"Məktəbəqədər dövrdə ekran istifadəsində nizam çox vacibdir. 3-5 yaş arasında gündəlik ümumi ekran vaxtı 1 saatı keçməməlidir. Lakin burada vaxtdan daha çox nizam önəmlidir. Ekran istifadəsinin başlanğıc və bitiş saatları aydın olmalıdır" - deyə türkiyəli həkim qeyd edib.


O vurğulayıb ki, uşaq yatmadan ən az bir saat əvvəl ekran istifadə edilməməli və yemək zamanı mütləq ekran olmamalıdır. Bu iki sadə qayda bir çox problemin qarşısını ala bilər.

Bizim.Media

Избранный
19
2
bizim.media

3Источники