RU

Bakı Şamaxı yolunda qəza Yol bağlandı

ain.az, Modern.az saytına istinadən bildirir.

Qobustanda avtomobil qəzası baş verib, yol bağlanıb. Hadisə Bakı–Şamaxı Yevlax avtomobil yolunun Qobustan rayonundan keçən hissəsində qeydə alınıb.

Modern.az xəbər verir ki, Şamaxıdan Bakı istiqamətində hərəkət edən nəqliyyat vasitəsi qəzaya uğrayıb. Bu səbəbdən sözügedən istiqamətdə yol bir müddət bir tərəfli bağlanıb, çoxlu sayda avtomobil yolda qalıb.

Dumanlı hava və bayram tətili səbəbindən regionlardan Bakıya qayıdan avtomobillərin hərəkətində böyük sıxlıq müşahidə edilir.

Əraziyə cəlb olunan polis əməkdaşları qəzaya düşən nəqliyyat vasitəsini yolun hərəkət hissəsindən kənarlaşdırmağa və hərəkəti bərpa etməyə çalışırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
1
8
modern.az

9Источники