AZ

Qobustanda QƏZA - Bakı-Şamaxı yolu bağlandı

Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Qobustan rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Şamaxıdan Bakı istiqamətində hərəkət edən nəqliyyat vasitəsi qəzaya uğrayıb.

Bu səbəbdən sözügedən istiqamətdə yol bir tərəfli bağlanıb, xeyli avtomobil yolda qalıb.
 

Havanın dumanlı olması, eyni zamanda bayram tətili səbəbindən regionlardan Bakıya qayıdan avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir.


Əraziyə cəlb olunan polis əməkdaşları qəzaya düşən nəqliyyat vasitəsini yolun hərəkət hissəsindən kənarlaşdırmağa və hərəkəti bərpa etməyə çalışırlar.

Bizim.Media, Aran bürosu

Seçilən
0
8
bizim.media

9Mənbələr