RU

Pentaqonun “Tomahavk” sınağı: ABŞ-nin raket ehtiyatı tükənmək üzrədir

ABŞ ordusu İranla davam edən bir aylıq müharibə ərzində bütün “Tomahavk” raket ehtiyatının dörddə birindən çoxunu artıq sərf edib.

NOCOMMENT.az xəbər verir ki, “Epik Qəzəb” əməliyyatının ilk günlərində 850-dən çox raket istifadə olunub.

“The Washington Post” nəşrinin vəziyyətlə tanış olan mənbələrə istinadən yaydığı məlumata görə, yüksək dəqiqlikli silahların bu dərəcədə sürətli xərclənməsi Pentaqonda ciddi narahatlıq yaradıb və ehtiyatların bərpası ilə bağlı daxili müzakirələrə yol açıb.

Mənbələrdən biri Yaxın Şərqdə qalan “Tomahawk” ehtiyatını “təhlükəli dərəcədə az” kimi xarakterizə edib. Digər rəsmi nümayəndə isə bildirib ki, ehtiyatlar bərpa olunmasa, Pentaqon hərbi jarqonda sursatların tam bitməsini ifadə edən “Vinçester” vəziyyətinə yaxınlaşacaq.

Ekspertlərin qiymətləndirməsinə görə, müharibənin əvvəlində ABŞ Hərbi Dəniz Qüvvələrinin arsenalında 3000-4500 arası raket olub. Hazırda isə ildə cəmi bir neçə yüz ədəd belə raket istehsal edilir.

Son modifikasiyalı bir raketin hazırlanması iki ilə qədər vaxt aparır və qiyməti 3,6 milyon dollara çatır. Ötən ilin müdafiə büdcəsində cəmi 57 raketin alınması nəzərdə tutulmuşdu. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) eksperti Mark Kansian qeyd edir ki, 800-dən çox raketin itirilməsi Sakit okeanın qərb hissəsində baş verə biləcək hər hansı digər münaqişə zamanı ABŞ üçün kritik kəsir yaradacaq və bu boşluğu doldurmaq illər tələb edəcək.

Sara,
NOCOMMENT.az

Избранный
17
nocomment.az

1Источники