RU

Kür çayında köməksiz qalanların kimliyi bilindi ADLAR

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində köməksiz vəziyyətdə qalanların kimliyi müəyyən olunub.Bizim.Media-nın yerli bürosunun məlumatına görə, həmin şəxslər bir ailənin 4 üzvü Gədəbəy rayon sakinləridir.Belə ki, 1990-cı il təvəllüdlü E.Mustafayev, onun həyat yoldaşı 1996-cı il təvəllüdlü B.Quliyeva və onların övladları 2019-cu il təvəllüdü B.Mustafayeva, 2025-ci il təvəllüdlü A.Mustafayev qulançar və odun yığan zaman Kürdə köməksiz vəziyyətdə qalıblar.Qeyd edək ki, ailə Kür ətrafında maldarlıqla məşğul olur. Hazırda 4 nəfərin xilas edilməsi məqsədilə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Samux Rayon Yanğından Mühafizə Hissəsi və Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən birgə xilasetmə tədbirləri həyata keçirilir.Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
27
1
bizim.media

10Источники