Almaniyanın xarici işlər naziri naziri Yohann David Vadeful, Almaniyanın "Deutschlandfunk" radiosuna verdiyi açıqlamada ABŞ və İsrailin İrana qarşı hücumları ilə bağlı qiymətləndirmələr aparıb.
"Cebheinfo.az" xəbər verir ki, toqquşmaların davam etdiyini bildirən Vadepul, buna baxmayaraq ABŞ ilə İran arasında danışıqların başlanmasının nəzərdə tutulması səbəbindən ilk ümid əlamətlərinin ortaya çıxdığını ifadə edib.Nazir ABŞ ilə İran arasında görüşlərin olub-olmaması ilə bağlı suala belə cavab verib:
"Bildiyimə görə, təmaslar baş tutub və hazırda birbaşa görüş üçün hazırlıqlar gedir. Bunun yaxın gələcəkdə Pakistanda keçirilməsi gözlənilir".
Bu görüşlərin reallaşmasının yaxşı xəbər olduğunu qeyd edən Vadepul, "Görünən odur ki, ilkin mövqelər üçüncü tərəflər vasitəsilə yazılı şəkildə artıq paylaşılıb" deyə bildirib.
Vadepul bunun kimin tərəfindən asanlaşdırıldığını tam bilmədiyini, ABŞ dövlət katibi Marko Rubionun G7 ölkələrinin Xarici İşlər Nazirlərinin Toplantısında bəlkə bunu danışacağını, lakin bu növ mövzuları ictimaiyyətdə çox müzakirə etməyin faydalı olmayacağını da qeyd edib.