RU

Üzqırxanla tanınan aktyor, yazıçı, bakılı “Dya dya Baxram” Orxan Saffari yazır…

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Əslən bakılı olmasa da, Roma papasından daha çox katolik olan, özünü bir bakılıdan daha çox bakılı kimi aparan Bəhram Bağırzadə fenomeni olduqca qəribədir.

Əlbəttə, problem Bəhram Bağırzadənin haralı olması deyil, problem onun çox da yaxşı qəbul edilməyən simasıdır. Çünki bir insanın özü sevimli olmayanda, dediyindən, əməlindən asılı olmayaraq hər şeyi adama toxunur.

Əgər o, həqiqətən də bakılıdırsa, kimlərinsə sırf Bəhram Bağırzadəyə görə bakılılardan xoşunun gəlməməsi də normaldır. Çünki Bakı deyəndə yada o düşməməli, ümumi sima, obraz o olmamalıdır.

Bəs niyə Bəhram Bağırzadə obrazı, az qala dediyi hər söz yaxşı qəbul edilmir?

Məsələn, əgər bu gün Bakını yerli-dibli söksələr də, Bəhram Bağırzadənin qətiyyən səsi çıxmaz, fəqət kimsə məhlədən şortiklə keçsə, dəli olar. Bəhram üçün məsələ həmişə məişət müstəvisindədir. O da elə bilir ki, şortik filan əxlaq korlayır və daim söhbətləri də aşağı-yuxarı bu müstəvidədir.

Əgər Bəhram Bağırzadənin həqiqətən də Bakı üçün ürəyi yanırsa, Bakının dəyişməyi onu pis edirsə, o zaman səsini daha çox sosial məsələlərə çıxartmalı idi. Ancaq Bağırzadə üçün belə məsələlər əhəmiyyət kəsb etmir. Heç edə də bilməz. Görünür, o elə bilir ki, “Bakılı oğlanlar” üzvü olanda belə etmək lazımdır.

Bəhram Bağırzadə daim özünü intellektual göstərmək niyyətində olsa da, Allaha min şükür, heç vaxt alınmayıb, əksinə, hər dəfə daha da pis olub. Gərək özü də başa düşsün ki, o hara, intellektuallıq hara? Kitaba sarılmaq, kitab yazmaq da bu hissdən yaranıb. Əsl problem odur ki, onun uşaq kitablarını oxuyan balacaların aqibəti necə olacaq? Bir Bəhram Bağırzadə balaca uşaqlara nə öyrədə bilər?

Ümumiyyətlə, balacalar hələ Bəhram Bağırzadəni görəndə qorxmursa, bunun özü böyük şeydir, dirəşib qorxutmaq lazım deyil.

O da maraqlıdır, görəsən, bu dəqiqə Bəhram Bağırzadə deyəndə ağıla üzqırxandan başqa nələr gəlir? Mənə elə gəlir, bütün ölkə onu reklamla tanıyır. Bu, həm normal məsələdir, həm də yox. Çünki Bəhram Bağırzadə aktyordur.

Aktyor kimi, əlbəttə, xüsusi olaraq onu sevdirən nəsə yoxdur, olmayıb da. Heç 90-cı illərdə də xüsusi bir sevimli obrazı, rolu yox idi. Daim digərlərinin kölgəsində görsənib. Yazıçı kimi ancaq rusdilli elita tanıyır. Yerdə qalan hamı da üzqırxanla.

Bəhram Bağırzadə nə işlər görməyindən asılı olmayaraq, onu son illər nifrətlə tanıdan əsas məsələ rayonlu-bakılı söhbətidir.

Bu barədə özü demişdi:

“Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər. Görürsüz, onlar hətta restoranda çox ucadan danışırlar. Belə bir ifadə var, şəhər öz memarlığı ilə gözəldir, amma şəhər birinci növbədə orada yaşayan insanlarla gözəldir. Son 25 ildə şəhər çox dəyişib. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz”.

Təkrar biliyin anasıdır deyib, üzümü Bəhrama tuturam:

Hörmətli dya-dya Baxram, Bakının anası ağlar qoyulub. Addım-başı söküntü var, neçə-neçə tarixi bina sökülüb, yerə bir damcı yağış düşəndə Bakın sular altında qalır, Bakıvı sel aparır, Bəhram, sularında, körpülərində adamlar ölür.

İndi bu kimin günahıdır? Niyə susursan, Baxram? Doğrudan şortikdən zaddan başqa problem görmürsən?

Bu tip fiqurların əsas paradoksu odur ki, onlar özlərini dəyər qoruyucusu kimi təqdim edirlər, amma cəmiyyət onları dəyər daşıyıcısı kimi qəbul etmir.

Nəticədə isə ən doğru cümlə belə ağızdan çıxan kimi effektini itirir. Çünki auditoriya artıq filtr qurub: “bu adam deyirsə, deməli problem var”.

Bəhram Bağırzadə bu mənada özünü ictimai müəllim kimi göstərmək istəyir. Şükür, bu da alınmır.

Görünür, onun fəaliyyətində hələlik alınan tək şey üzqırxandır. O da tərsinə. Bu dəqiqə Azərbaycan gəncliyi onun acığına saqqal saxlayır.

Orxan Saffari

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
icma.az

1Источники