Samuxda Kürdə köməksiz vəziyyətdə qalan şəxslərin suda qalmasının təfərrüatları məlum olub.
"Cebheinfo.az" xəbər verir ki, Samux rayon sakinləri olan bir ailənin 4 üzvü Kürün ortasında odun yığmaq istəyən zaman suyun səviyyəsi qəfil qalxıb.
Hazırda onların xilas edilməsi istiqamətində təxirəsalınmaz işlər aparılır.
***
13.21
Samuxda balıqçılar köməksiz vəziyyətdə qalıblar.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Kür çayının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Rayon sakinləri olan 4 şəxs Kürdə balıq tutmaq istəyən zaman suyun səviyyəsi qəfil qalxıb. Onlar Kürün ortasında, adada qalıblar. Dərhal əraziyə FHN-in və aidiyyatı qurumların əməkdaşları cəlb ediliblər.
Hazırda köməksiz vəziyyətdə qalan şəxslərin xilas edilməsi istiqamətində təxirəsalınmaz işlər aparılır.
"Cebheinfo.az"