RU

“Qarabağ” bu futbolçunu baxışa çağırdı

Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Qarabağ" ölkə xaricində yaşayan azərbaycanlı futbolçunu baxışa çağırıb.Bizim.Media xəbər verir ki, həmin oyunçu Altay Ordubadidir.ABŞ-da doğulan və futbolda ilk addımlarını Koliforniyada atan 21 yaşlı gənc hazırda Bakıdadır.Mərkəz yarımmüdüfiəçisi mövqeyində çıxış edən həmyerlimiz bir müddət burada qalacaq. Əvəzedici heyətdə məşqə çıxan Altayın əsas komandaya cəlb olunub-olunmaması özünü "dubl"da necə göstərməsindən asılıdır. O, yoxlanışın ilk günlərində heç də pis təsir bağışlamayıb.Rəşad Rafiqoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
3
bizim.media

4Источники