RU

“Rus evi”nə hücum — “Molotov kokteyli” ilə təxribat

Çexiyanın paytaxtı Praqada fəaliyyət göstərən Rusiya Elm və Mədəniyyət Mərkəzi (“Rus evi”) naməlum şəxslərin kütləvi hücumuna məruz qalıb.

NOCOMMENT.az xəbər verir ki, martın 26-dan 27-nə keçən gecə baş verən hadisə zamanı binaya ard-arda 6 ədəd “Molotov kokteyli” (alışdırıcı qarışıq dolu butulka) atılıb. Rusiya nümayəndəliyinin rəhbəri İqor Qirenko mətbuata açıqlamasında bildirib ki, binanı tamamilə yandırmaq məqsədilə atılan şüşələrdən üçü xoşbəxtlikdən partlamayıb, digər üçü isə binanın fasadında yanğın törətsə də, ciddi dağıntıların qarşısı alınıb. Hadisə yerinə dərhal Çexiya polisinin kriminalistləri və yanğınsöndürənlər cəlb edilib. Hazırda ərazidəki müşahidə kameralarının görüntüləri araşdırılır və hücum edən şəxslərin axtarışı davam edir.

Qeyd edək ki, bu hadisə regionda, xüsusən də Yaxın Şərqdə davam edən qanlı müharibə və Qərb-Rusiya münasibətlərinin kəskinləşməsi fonunda baş verib. Praqadakı Rusiya diplomatik nümayəndəliyi baş verənləri “vandalizm aktı” adlandıraraq Çexiya hakimiyyətindən təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb edib.

Son həftələr ərzində Avropanın bir neçə paytaxtında Rusiya mərkəzlərinə qarşı bənzər hücumların qeydə alınması diplomatik missiyaların qorunması məsələsini yenidən gündəmə gətirib. /musavat.com/

Избранный
5
2
nocomment.az

3Источники