RU

İrandakı qızlar məktəbinə zərbə BMT-də qalmaqal yaradıb

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk İranın Minab şəhərindəki qızlar məktəbinə edilən hücumla bağlı araşdırma aparılmasına çağırıb.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, o, BMT-nin İnsan Hüquqları Şurasında keçirilən debatda çıxış edərkən bildirib:

"ABŞ-ın yüksək vəzifəli rəsmiləri hücumla bağlı araşdırmanın aparıldığını bildiriblər. Mən bu prosesin mümkün qədər tez başa çatdırılmasını və nəticələrinin ictimaiyyətə açıqlanmasını tələb edirəm".

ABŞ və İsrailin İrana qarşı təcavüzünün ilk günündə, 28 fevralda ölkənin cənubundakı qızlar məktəbinə zərbə endirilib. 168 məktəbli qız, eləcə də 14 müəllim və işçi öldürülüb.

İran Xarici İşlər Nazirliyi ABŞ-ın qızlar məktəbinə “Tomahavk” qanadlı raketləri ilə zərbə endirdiyini iddia edib.

Избранный
8
2
azedu.az

3Источники