RU

"Azərbaycan millisinin səviyyəsinin yüksəlməsinə kömək edə bilər" - Premyer Liqa klubunun qapıçısı yığmamızın yeni baş məşqçisi haqda

"Şamaxı"nın portuqaliyalı qolkiperi Azərbaycanın U-20 yığma komandasına yeni təyin edilən Rui Jorje haqda danışıb.

Sportal.az saytına açıqlama verən Fernandeş, həmyerlisi barədə fikirlərini bildirib:

"Jorj futbol mədəniyyətinə hakim məşqçidir. Portuqaliya milli komandalarında əla iş görüb. İnanıram ki, gənc azərbaycanlı futbolçularına çox kömək edəcək. Bəli, Portuqaliya və Azərbaycan yığmaları fərqlidir. Fərqli reallıqlardır, amma dediyim kimi, o, çox bacarıqlara malik məşqçidir və Azərbaycan milliisnin səviyyəsinin yüksəlməsinə artırmasına kömək edə bilər. Bu, əlbəttə ki, vaxt və səbir tələb edəcək. Lakin inanıram ki, bu, gənc oyunçular üçün əlavə dəyər olacaq".

Fernandeş, həmyerlisi ilə Bakıda görüşüb-görüşmədiyini də deyib: "Xeyr, biz Jorje ilə görüşməmişik və danışmamışıq. Amma inanıram ki, Jorje Azərbaycana çox xoşbəxt olacaq”.

Qeyd edək ki, AFFA Rui Jorjeni U-20 yığmasına baş məşqçi təyin edib. Onunla 1,7 illik müqavilə imzalanıb.

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Избранный
32
1
sportal.az

2Источники