RU

İran milli üzvünün əmlakını müsadirə edir

İran milli komandasının və Birləşmiş Ərəb Əmirliklərinin "Şabab Əl-Əhli" klubunun hücumçusu Sərdar Azmunun əmlakı müsadirə olunacaq. 

Fanat.Az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb. 

Ulduz futbolçu İranda əmlakı müsadirə ediləcək 16 şəxsin siyahısına daxil edilib. O, "düşmənlə əməkdaşlıq etmək"də ittiham olunur.

Hazırda xaricdə yaşayan 16 nəfərin əmlakı hazırda müəyyənləşdirilir və müsadirə olunacaq.

İran milli komandasında 91 oyun keçirən və 57 qol vuran 31 yaşlı Azmun 2024-cü ilin yayından Birləşmiş Ərəb Əmirliklərində çıxış edir.

Избранный
5
1
fanat.az

2Источники