RU

Evi yandı: İnsult keçirdiyi üçün xilas ola bilmədi

Martın 26-sı Gəncədə fərdi evlərdən birində yanğın baş verib.

"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə Ə.Seyfi küçəsi ev 4 “A” ünvanında qeydə alınıb.

Yanğın zamanı 1959-cu il təvəllüdlü Zaur Tofiq oğlu Məmmədov tüstüdən zəhərlənərək ölüb.

Məlumata görə, həmin şəxs insult keçirdiyi üçün yeriməkdə çətinlik çəkirmiş.

"Cebheinfo.az"

Избранный
20
3
cebheinfo.az

6Источники