Martın 26-sı Gəncədə fərdi evlərdən birində yanğın baş verib.
"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə Ə.Seyfi küçəsi ev 4 “A” ünvanında qeydə alınıb.
Yanğın zamanı 1959-cu il təvəllüdlü Zaur Tofiq oğlu Məmmədov tüstüdən zəhərlənərək ölüb.
Məlumata görə, həmin şəxs insult keçirdiyi üçün yeriməkdə çətinlik çəkirmiş.
"Cebheinfo.az"