RU

Fed müharibə ilə bağlı narahatlıqları artırdığını bildirib

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ-da Federal Ehtiyat Sistemi (Fed) rəsmiləri İranla mümkün müharibənin iqtisadi nəticələri ilə bağlı narahatlıqlarını  ifadə ediblər.

Banco.az xəbər verir ki, Fed-in qubernatoru Liza Kuk, qubernator Maykl Barr və vitse-sədr Filip Cefferson bildiriblər ki, Yaxın Şərqdə gərginliyin artması ABŞ iqtisadiyyatında əlavə risklər yaradır.

Liza Kuk  qeyd edib ki, İranla bağlı mümkün müharibə fonunda inflyasiya riskləri artıb: “Deyərdim ki, İran müharibəsi səbəbindən hazırda inflyasiya riski daha yüksəkdir. Əmək bazarı hələlik tarazlı görünsə də, bu tarazlıq çox kövrəkdir”.

Kuk əlavə edib ki, tətbiq olunan tariflər artıq inflyasiyanı Fed-in hədəf səviyyəsindən uzaqlaşdırıb və Yaxın Şərqdəki vəziyyət bu təzyiqləri daha da gücləndirə bilər. Onun sözlərinə görə, mövcud şəraitdən çıxış gözləniləndən daha uzun çəkə bilər.

“Risk balansı artıq daha çox inflyasiyaya doğru dəyişib”, – deyə Kuk vurğulayıb.

Ekspertlərin fikrincə, mümkün hərbi eskalasiya enerji qiymətlərində artım, təchizat zəncirində pozuntular və ümumi iqtisadi artımın zəifləməsi ilə nəticələnə bilər. Bu isə Fed-in inflyasiya ilə mübarizə strategiyasını daha da çətinləşdirə bilər.

Избранный
20
2
banco.az

3Источники