RU

Yalan danışmaqda ittiham olunur...

Fransalı jurnalist Daniel Riolo bildirib ki, "Real Madrid"in hücumçusu Kilian Mbappe zədəsinin müalicəsində klub həkimlərinin səhv etmədiyini deməklə həqiqəti gizlədir.

“İki sahil” xəbər verir ki, onun sözlərini RMC yayıb.

"Onlar yalan strategiyasını seçiblər. Açıq deyəcəyəm: o yalan danışıb. Düşünürəm ki, bu, "Real"la birlikdə hazırlanmış strategiyadır", - deyə Riolo bildirib.

Qeyd edək ki, martın 25-də KİV-də "Real Madrid"in tibbi heyətinin Mbappenin zədələnmiş dizi əvəzinə sağlam dizini müayinə etdiyi barədə məlumat yayılmışdı.

Cari mövsümdə Mbappe İspaniya çempionatında "Real"ın heyətində keçirdiyi 24 oyunda 23 qol vurub və dörd məhsuldar ötürmə edib. Fransalı futbolçu ilin əvvəlində zədə səbəbindən "kral klubu"nun bir neçə oyununu buraxıb.

İspaniya çempionatında "Real" hazırda ikinci pillədə qərarlaşıb və Kataloniyanın "Barcelona" klubundan dörd xal geri qalır. Martın 18-də isə "Real" 1/8 final mərhələsinin cavab oyununda "Mançester Siti" üzərində qələbə qazanaraq Çempionlar Liqasının 1/4 finalına vəsiqə əldə edib.

Избранный
17
2
ikisahil.az

3Источники