RU

İranda qəribə hadisələr...

İran təhlükəsizlik qüvvələri və İran İnqilab Keşikçiləri Korpusunun (İİKK) bölmələri hamılıqla xidməti avtomobillərin qeydiyyat nömrələrini çıxarmağa başlayıblar. Küçələrdə günün istənilən vaxtında qeydiyyat nişanı olmayan maşınlarla qarşılaşmaq mümkündür.

Əvvəllər etirazçılar üzlərini gizlətmək üçün xüsusi maska istifadə edirdilərsə, indi tibbi maskalar dövlət qüvvələrinin əməkdaşları üçün anonimliyi qorumaq vasitəsinə çevrilib.

Qum–Tehran avtomobil yolunun, xüsusən də hava limanı yaxınlığında əlavə yoxlama-postları qurulub və bölgəyə hərbi nəzarət artırılıb.

“Bəsic” və hökumət tərəfdarı olan digər qruplara silah paylanılır. Maraqlıdır ki, silah həm də qadın üzvlərə verilir.

Ənənəvi toplanış yerləri — məscidlər — artıq hökumət tərəfdarları üçün təhlükəsiz sığınacaq hesab olunmur. Yayılan məlumatlara görə, bu obyektlər İsrail tərəfindən hədəf götürülə bilər.

Müstəqil vəkillərin internetə çıxışı məhdudlaşdırılır, əsasən dövlət strukturları ilə əlaqəli və ya hökuməti dəstəkləyən şəxslərin şəbəkəyə çıxışına icazə verilir.

Mənbələrin verdiyi məlumata görə, hökumətə dəstək aksiyalarına qatılan şəxslər (“Heydər Heydər” şüarı ilə) gündəlik təxminən 3 milyon tümən (təxminən 19 ABŞ dolları) alır və üç dəfə yeməklə təmin edilirlər. Hər aksiyada adətən 10–15 nəfər iştirak edir.

Qum şəhərində dini rəhbərlərə isə küçələrdə ənənəvi geyimdə görünməmək tövsiyə olunur. Müftilər mülki geyimdə gəzirlər, dövlət simvollarını (bayraqlar) tanınma nişanı kimi istifadə edirlər.

Səbinə Həsənova
AzVision.az

AzVision.az


Избранный
51
1
azvision.az

2Источники