RU

Goranboyda qohumların mübahisəsi qanla bitib

Goranboyda qohumların mübahisəsi onlardan birinin bıçaqlanması ilə nəticələnib.

"Unikal"ın məlumatına görə, rayon sakini 1992-ci il təvəllüdlü M.Əliyev bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Ona dərhal yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə 34 yaşlı şəxsi yaxın qohumu 2009-cu il təvəllüdlü K.Əliyev aralarında baş verən mübahisə zamanı bıçaqlayıb.

Hər iki şəxsin ataları əmioğludur.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Избранный
31
unikal.az

1Источники