RU

Yaponiyada sürpriz nəticə: Oskar Piastri ikinci sınaqda rəqiblərinə şans vermədi

“Formula-1” üzrə Yaponiya Qran-prisinin ikinci sərbəst yürüşü “Maklaren” komandası üçün çox uğurlu olub. Avstraliyalı pilot Oskar Piastri Suzukadakı ikinci məşq sessiyasında hər kəsi qabaqlayaraq ən yaxşı nəticəni göstərib.

İdman.Biz xəbər verir ki, ilk məşqi komanda yoldaşı Lando Norrisin ardınca dördüncü pillədə başa vuran Piastri bu dəfə həm “Mersedes” pilotlarını, həm də Norrisi geridə qoyub. Kimi Antonelli və Corc Rasselldən sonra sıralamada ikinci “Maklaren” bolidi yer alıb. Onların ardınca isə “Ferrari” cütlüyü - Şarl Lekler və Luis Hemilton qərarlaşıb.

Lider üçlükdən sonrakı sıralama isə o qədər də aydın olmayıb. Maks Ferstappen və “Red Bull” komandası bolidin problemlərindən əziyyət çəkməyə davam ediblər. “Maklaren” hidravlik sızmanı aradan qaldırmalı olduğu üçün Norris sessiyaya gec qatılıb. Serxio Peres və Qabriel Bortoleto da müxtəlif çətinliklərlə üzləşiblər.

“Reysinq Bullz” bolidində sürətlər qutusu problemi yaranan Arvid Lindblad rəqabətədavamlı dövrə vura bilməyən yeganə sürücü olub. Franko Kolapinto isə sessiya zamanı Ferstappenə mane ola biləcəyi ehtimalına görə yürüşdən sonra araşdırmaya cəlb ediləcək.

İdman.Biz
Избранный
15
1
idman.biz

2Источники