Goranboyda bıçaqlanma hadisəsi hadisəsi verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Rayon sakini 1992-ci il təvəllüdlü M.Əliyev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, M.Əliyevi tanışı 2009-cu il təvəllüdlü K.Əliyev aralarında baş verən mübahisə zamanı bıçaqlayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır./APA