RU

Hikmət Hacıyev Budapeştdə Türkiyə Prezidentinin baş müşaviri ilə görüşüb

Bakı. Trend:

Budapeştdə Azərbaycan Prezidentinin köməkçisi, PrezidentAdministrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiriHikmət Hacıyev və Türkiyə Prezidentinin baş müşaviri Akif ÇağatayKılıç arasında görüş keçirilib.

Trend xəbərverir ki, Hikmət Hacıyev bu barədə "X" sosial şəbəkə hesabındapaylaşım edib.

"Budapeştdə Akif Çağatay Kılıç, Türkiyə Prezidentinin başmüşaviri ilə səmərəli görüşümüz oldu. Azərbaycan-Türkiyə qardaşlığıvə strateji müttəfiqliyi əsasında Türk Dövlətləri Təşkilatıçərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi, eləcə dəregional təhlükəsizlik və bağlantılar məsələləri ətrafında fikirmübadiləsi apardıq. Mövcud qlobal çağırışlar fonunda Türkdünyasında birlik və həmrəyliyin daha da gücləndirilməsi xüsusiəhəmiyyət kəsb edir", - paylaşımda qeyd edilib.

Избранный
21
48
az.trend.az

10Источники