Dünyanın bir nömrəli raketka ustası, belaruslu Arina Sabalenka Mayamidə keçirilən turnirin finalına vəsiqə qazanıb. O, yarımfinal mərhələsində Qazaxıstan təmsilçisi, dünyanın iki nömrəli tennisçisi Yelena Rıbakinanı 6:4, 6:3 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, qarşılaşma 1 saat 20 dəqiqə davam edib. Bu müddət ərzində Sabalenka doqquz eys edib və səkkiz breyk-poyntdan dördünü reallaşdırıb. Onun rəqibinin hesabında isə iki eys, bir ikili səhv və ikidə iki reallaşdırılmış breyk-poynt var.
Turnirin finalında Sabalenka amerikalı Kori Qauffla qarşılaşacaq.
Mayami turniri 17-28 mart tarixlərində keçirilir. Yarışın ümumi mükafat fondu 9,4 milyon dollar (16 milyon AZN) təşkil edir. Turnirin hazırkı qalibi ötən ilki yarışın finalında amerikalı Cessika Pequlanı məğlub edən Arina Sabalenkadır.