RU

Azərbaycan millisi Sent Lüsiyaya qarşı -

style='margin-bottom:10px;'>

Azərbaycan millisi bu gün “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində ilk oyununa çıxacaq. 

QOL.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Sent Lüsiya yığması ilə üz-üzə gələcək. Bu, Azərbaycan millisinin 2026-cı ildə ilk oyunu olacaq.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüş saat 19:00-da başlayacaq. Oyunu Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, hazırda Azərbaycan millisi FİFA reytinqində 125-ci, Sent Lüsiya isə 167-ci yeri tutur.

Azərbaycan millisi martın 30-da Syerra Leone yığması ilə qarşılaşacaq. 

“FIFA Series – 2026”

27 mart

21:00. Azərbaycan - Sent Lüsiya 
Hakimlər:
Giorgi Kruaşvili, Levan Varamişvili, Giorgi Elikaşvili, Koba Revazaşvili (Gürcüstan)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Избранный
30
7
teleqraf.com

10Источники