RU

Fransa yenə Braziliyanın qənimi oldu - Rekord

Fransa yığması ötən gecə yoldaşlıq oyununda Braziliyanı 2:1 hesabı ilə məğlub edib. 

Fanat.Az xəbər verir ki, "xoruzlar" 55-ci dəqiqədən azlıqda qalmasına baxmayaraq, Kilian Mbappe (32-ci dəqiqə) və Uqo Ekitikenin (65-ci dəqiqə) qolları ilə qələbəni təmin etdi. Braziliyanın yeganə qoluna müdafiəçi Qleyson Bremer (78-ci dəqiqə) imza atıb. 

"Opta"-nın hesablamasına görə, bu, Fransa komandasının tarixi ərzində Braziliya üzərində qazandığı altıncı qələbə olub. Bu baxımdan, fransızlar lider olub - heç kim braziliyalıları onlar qədər məğlub etməyib. 

Fransanın Braziliya üzərində ən parlaq qələbəsi 1998-ci il dünya çempionatının finalında (3:0) baş tutub. Həmin oyunda Zinəddin Zidan dubl edib, Emmanuel Peti isə son dəqiqədə daha bir qol vuraraq Fransaya ilk dəfə dünya çempionluğunu qazandırıb.

Избранный
5
1
fanat.az

2Источники