RU

Mançester Yunayted yarımmüdafiəçiyə görə Nyukasl a təklif göndərəcək

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

"Mançester Yunayted" cari mövsümün sonunda "Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonali üçün rəsmi təklif irəli sürəcək. Sport24.az "Daily Mail"ə istinadən xəbər verir ki, italyan oyunçu "qırmızı şeytanlar"ın əsas transfer hədəfidir.

Mənbənin sözlərinə görə, rəhbərlik Tonalinin keçidi ilə əlaqədar komandanın kapitanı Bruno Fernandeslə məsləhətləşib. Yarımmüdafiəçi 25 yaşlı futbolçunun "Mançester Yunayted"ə keçidini dəstəklədiyini bildirib. Portuqaliyalı "Nyukasl"ın yarımmüdafiəçisinin oyununu bəyəndiyini bildirib. 

Qeyd edək ki, Tonali bu mövsüm bütün turnirlərdə 47 oyunda meydana çıxıb, 3 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt"dakı məlumata görə, italyanın bazar dəyəri 80 milyon avrodur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
60
1
sport24.az

10Источники