RU

Ərdoğan bütün müsəlmanlara səsləndi:ŞİƏ ya SÜNNİ OLMAĞIMIZIN NƏ FƏRQİ VAR?

Bölgəmiz son əsrin ən ağrılı günlərini yaşayır, baş verən hadisələr bölgədə ciddi humanitar fəsadlara səbəb olur.

 

Senzor.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Ankaradakı Konqres Mərkəzində keçirilən əyalət təşkilatı sədrlərinin genişləndirilmiş iclasında çıxış edərkən deyib.

 

Ərdoğan vurğulayıb ki, harada baş verməsindən asılı olmayaraq həyatını itirən insanların hamısı qardaş xalqlara məxsusdur. Onun sözlərinə görə, İsfahan, Təbriz və Tehranda tökülən göz yaşları ilə Ərbil, Amman, Bağdad, Beyrut, Səna, Doha və Ər-Riyadda yaşanan faciələr arasında heç bir fərq yoxdur.

 

Türkiyə lideri qeyd edib ki, bölgədə baş verən hadisələr nəticəsində atılan hər bir raket və silahlı toqquşma ümumi sabitliyə zərbə vurur və bundan bütün region əziyyət çəkir.

 

Ərdoğan əlavə edib ki, uzun müddətdir davam edən gərginliklər fonunda insanlar arasında dini və ya etnik fərqlərin heç bir əhəmiyyəti yoxdur.

 

“İstər İran olsun, istərsə də körfəzin ərəb ölkələri, məgər hamımız zərbələrə məruz qalmırıq? Türkiyə və onun xalqı dost və qardaş hesab etdiyi xalqları nə kədərdə, nə də sevincdə tək qoymayacaq. Kimin törətməsindən asılı olmayaraq, qanunsuzluğun, quldurluğun və tiranlığın bütün formalarına qarşı çıxacağıq. Ankara tarixin haqq olan tərəfində dayanır. Sağlam düşüncədən geri çəkilməyəcək və özünə nəzarəti itirməyəcəyik”, – deyə Türkiyə lideri vurğulayıb.

 

Prezident həmçinin qeyd edib ki, region xalqları arasında qarşıdurmanı dərinləşdirə biləcək addımlar qəbuledilməzdir və bu cür yanaşmaların qarşısı alınmalıdır.

 

Ərdoğan sonda onu da vurğulayıb ki, İslam dünyasının müqəddəs dəyərlərinə və tarixi məkanlara hörmətin qorunması vacibdir və Türkiyə bu istiqamətdə fəaliyyətini davam etdirəcək.


Избранный
26
senzor.az

1Источники