RU

Cücərməməsi üçün yanına 1 ədəd qoyun: Aylarla bazardan aldığınız kimi qalacaq

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Mətbəxdə tərəvəzlərin ömrünü uzatmaq üçün illərdir sınaqdan keçmiş maraqlı üsullar var. Çox vaxt kartof səbətinin içində almanın niyə qoyulduğu maraq doğurur. İlk baxışda qəribə görünsə də, bu hərəkətin arxasında ciddi elmi səbəb dayanır.Məlum olub ki, alma yetişmə prosesində ətrafına etilen qazı ifraz edir. Bu qaz digər meyvələrin tez yetişməsinə səbəb olsa da, kartofda tam fərqli effekt yaradır. Belə ki, almadan ayrılan etilen qazı kartofun cücərməsinin qarşısını alır və onun daha uzun müddət təravətli qalmasını təmin edir. Bu kiçik hiylə sayəsində kartoflar həm bərk qalır, həm də dadını itirmir.Kartofun ömrünü uzatmaq üçün onu heç vaxt soğanla eyni yerdə saxlamaq olmaz. Soğan kartofu daha tez xarab etdiyi halda, bir ədəd alma tam əksinə, onu aylarla qoruya bilir. Bu üsuldan istifadə edərkən kartofların qaranlıq və sərin yerdə saxlanılması da mütləqdir.Aytən

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
54
demokrat.az

1Источники