RU

Hər iki valideynini itirən uşaqlarla bağlı pensiya məsələsi yenidən gündəmdə VİDEO

Azxeber.com saytına istinadən ain.az xəbər verir.

Qanunvericiliyə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan şəxslər sırasında 18 yaşına çatmayan uşaqlar, əyani təhsil alan halda 23 yaşına qədər olanlar, eləcə də 18 yaşına qədər əlilliyi müəyyən olunmuş şəxslər yer alır. Pensiyanın məbləği isə vəfat edən valideynlərin sosial sığorta stajı və fərdi hesablarında toplanan pensiya kapitalı əsasında hesablanır.AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, Vətəndaşlarin Əmək Hüquqlarini Müdafiə Liqasinin İcraiyyə Komitəsinin Sədri Sahib Məmmədov deyir ki, mövcud qaydalara əsasən, əgər vəfat edən valideynlərin rəsmi iş stajı və sosial sığorta ödənişləri yoxdursa, bu halda əmək pensiyası deyil, sosial müavinət təyin olunur.

Burada söhbət təkcə pensiyadan getmir. Valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı ayrıca qanunvericilik bazası da var. Həmin şəxslər təhsil haqqından azad olunur, təhsil dövründə müxtəlif ödəniş və müavinətlərlə təmin edilir, həmçinin əmək və əmlak məsələlərində bir sıra güzəştlərdən yararlana bilirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
3
azxeber.com

4Источники