RU

Azərbaycanda oğul atasının barmağını dişlədi, ata polisə verdi

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Quba rayonunda oğul atasına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 27-də rayonun kəndlərindən birində baş verib. 1991-ci il təvəllüdlü Teymur həmin gün gecə saat 1 radələrində yaşadıqları evdə atası Əli (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı atasının barmağını dişləyib, çayniklə sol qoluna vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Teymurun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Teymur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, yanvarın 27-də, gecə saat 1 radələrində yaşadığı evdə olarkən ucadan danışdığı üçün atası ona irad bildirib: “Atamın mənə irad bildirməsi xoşuma gəlmədiyi üçün onunla mübahisə etməyə başladım. Mübahisə zamanı atamın barmağını dişlədim, mətbəxdəki çayniki onun qoluna vuraraq ona xəsarət yetirdim”. Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirib. Zərərçəkmiş Əlinin sözlərinə görə, yanvarın 27-də, gecı saat 1 radələrində yaşadıqları evində olarkən oğlunun spirtli içkinin təsiri altında olmasını görüb və evdə səs-küy salmasına irad bildirən zaman aralarında mübahisə yaranıb. Onun sözlərinə görə, aralarında olan mübahisə zamanı oğlu ona xəsarətlər yetirib. Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Buna görə də zərərçəkən onu bağışlayıb, ona qarşı şikayətini geri götürüb. Məhkəmə hökm çıxaran zaman bu halları nəzərə alıb. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad olunub. Onun barəsində olan cinayət təqibinə xitam verilib.Fariz Məlikli

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
29
demokrat.az

1Источники