RU

ABŞ məhkəməsi “YouTube” və “Meta”nı günahkar çıxardı

ain.az bildirir, Olke.az saytına əsaslanaraq.

Los-Anceles məhkəməsi “YouTube” və Meta”nı 20 yaşlı iddiaçının zehni sağlamlığına mənfi təsir göstərən asılılıq yaradan məhsullar yaratmağa görə məsuliyyətə cəlb edib.

"Ölkə.az" xəbər verir ki, bu barədə “Nyu-York Tayms” qəzetinin yazısında bildirilir. Məhkəmə “Meta” (Instagram, Facebook və WhatsApp-ın sahibi) və “YouTube” saytını (Google-a məxsus) iş sənədlərində K.G.M. kimi tanınan 20 yaşlı Kayli adlı iddiaçıya toplamda 6 dollar təzminat ödəmək barədə hökm çıxarıb.

Kayli 2023-cü ildə “Meta”, “Snap”, “YouTube” və “TikTok”a qarşı iddia qaldırıb. “TikTok” və “Snap” fevral ayında başlayan məhkəmə prosesindən əvvəl iddiaçı ilə anlaşıb.

İddia ərizəsində Kayli platformaların sonsuz sürüşdürmə və alqoritmik tövsiyələr kimi xüsusiyyətlərinin narahatlıq, depressiya, bədən dismorfiyası və özünə zərər vermə düşüncələrinə səbəb olduğunu iddia edib. İddiaçının sözlərinə görə, o, 6 yaşında sosial mediadan istifadə etməyə başlayıb və saatlarla İnstaqramda vaxt keçirib.

Beş həftəlik məhkəmə prosesində Kaylinin vəkilləri “Meta”nın baş direktoru Mark Zukerberq və “İnstaqram”ın baş direktoru Adam Mauceri dindiriblər. Hər ikisi “İnstaqram”ın "klinik" asılılıq yarada biləcəyini inkar edib.

Məhkəmə prosesində “Meta” Kaylinin ruhi sağlamlıq problemlərinin məişət zorakılığı və ailə münaqişələrindən qaynaqlandığını iddia edib. “YouTube” sosial şəbəkə olmadığını və xüsusiyyətlərinin asılılıq yaratmaq üçün nəzərdə tutulmadığını bildirib.

İddiaçının vəkillərindən biri olan Cozef VanZandt bildirib ki, tarixdə ilk dəfə olaraq münsiflər heyəti rəhbərlərin ifadələrini dinləyib və bu şirkətlərin bilərəkdən mənfəəti uşaqların maraqlarından üstün tutduğunu sübut edən daxili sənədlərə baxıblar.

İddiaçının digər vəkili Mark Lanyer bağlanış çıxışı zamanı deyib: "Uşağın telefonunu heç vaxt yerə qoymamasını necə təmin etmək olar? Buna asılılıq mühəndisliyi deyilir. Onlar bunu dizayn ediblər, bu xüsusiyyətləri telefonlara quraşdırıblar".

“Meta” və “Google” qərarla razılaşmadıqlarını və apelyasiya şikayəti vermək niyyətində olduqlarını bildiriblər.

Los-Anceles münsiflər heyətinin qərarı Nyu-Meksiko məhkəməsinin “Meta” şirkətinə ayrıca mülki iddiada 375 milyon dollar ödəməyi əmr etməsindən cəmi bir gün sonra verilib.

"The Guardian" qəzeti yazır ki, bunlar “Meta” şirkətini məhsullarının yetkinlik yaşına çatmayanlara təsirinə görə məsuliyyətə cəlb edən ilk qərarlardır.(Musavat.com)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
2
olke.az

10Источники