Bakı. Trend:
Pakistanın nəzarətində olan Kəşmirdə 5,3 bal gücündə zəlzələqeydə alınıb.
Trend xəbər verirki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumatyayıb.
Məlumata görə, zəlzələnin episentri Battagram şəhərindən 277 kmşimal-şərqdə, ocağı isə 35 km dərinlikdə yerləşib.
Hazırda tələfat və ya dağıntı barədə məlumat yoxdur.