RU

DÇ-2026: Türkiyə və Kosovo pley-offun finalına yüksəldi - NƏTİCƏLƏR

Dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin oyunlarına start verilib.

Sportinfo.az xəbər verir ki, bütün oyunlar eyni gündə keçirilib.

Türkiyə millisi İstanbulda Rumıniya seçməsi ilə qarşılaşıb və çətin qələbə sayəsində finala yüksəlib.

“Ay-ulduzlular” mundiala vəsiqə uğrunda həlledici görüşdə Kosovo yığması ilə qarşılaşacaq.

İtaliya yığması Şimali İrlandiyanı üstələyib və Bosniya və Herseqovinaya rəqib olub. B yolunda İsveç Ukraynadan,

Polşa Albaniyadan güclü olub. D yolunda da Danimarka millisi Şimali Makedoniyanı, Çexiya isə İrlandiyanı üstələyərək finala yüksəlib.

Final görüşlər martın 31-də keçiriləcək.

A yolu

İtaliya – Şimali İrlandiya 2:0
Qollar
: Tonali, 56. M.Kin, 80.

Uels – Bosniya və Herseqovina 1:1 (penaltilər 2:4)
Qollar
: D.Ceyms, 51 – Dzeko, 86.

B yolu

Ukrayna – İsveç 1:3
Qollar: Ponomarenko, 90 – Dyökereş, 6; 51; 73-pen.

Polşa – Albaniya 2:1
Qollar
: Levandovski, 63. Zyelinski, 73 – Hoca, 42.

C yolu

Türkiyə – Rumıniya 1:0
Qol: F.Kadıoğlu, 53.

Slovakiya – Kosovo 3:4
Qollar
: Valyent, 6. Haraslin, 45. Ştreleç, 90+4 – Hodza, 21. Asllani, 47. Musliya, 60. Hayrizi, 72.

D yolu

Danimarka – Şimali Makedoniya 4:0
Qollar
: Damsqor, 49. İsaksen, 58; 59. Norqor, 75.

Çexiya – İrlandiya 2:2 (penaltilər 4:3)
Qollar
: Şik, 27-pen. Kreyçi, 86 – Parrott, 19-pen. Kovar, 23-öz qapısına.

Избранный
45
1
sportinfo.az

2Источники