RU

Nyu-Yorkda Maduronun işi üzrə dinləmələr başa çatıb - YENİLƏNİB

Venesuelanın sabiq prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin cinayət işi üzrə Nyu-York məhkəməsindəki ikinci iclas çərçivəsində dinləmələr başa çatıb.

"Report"un CNN-ə istinadən məlumatına görə, hakim Elvin Hellerstayn məhkəmə xərcləri ilə bağlı davam edən mübahisəyə baxmayaraq, Maduronun üzərindən ittihamları götürməyəcəyini bildirib.

Maduronun vəkili Barri Pollak bildirib ki, cütlük məhkəmə xərclərini müstəqil şəkildə ödəyə bilməyəcəkləri barədə ifadə verib və bu xərcləri Venesuela hökumətinin öz üzərinə götürməli olduğunu əlavə edib.

Hakim Elvin Hellerstayn yaxın vaxtlarda ABŞ administrasiyasının Cənubi Amerika ölkəsinə məhkəmə xərclərini ödəməyə icazə verməyə borclu olub-olmaması barədə qərar çıxaracağına söz verib.

İclas təxminən saat yarım davam edib.

Xatırladaq ki, Tramp yanvarın 3-də ABŞ-nin Venesuelaya qarşı uğurlu və genişmiqyaslı zərbə endirdiyini bildirib. O qeyd edib ki, Bolivar Respublikasının Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores ələ keçirilərək dövlət ərazisindən çıxarılıblar.

İki gün sonra - yanvarın 5-də Venesuela lideri və həyat yoldaşı ittihamların irəli sürülməsi üçün Nyu-Yorkda hakim qarşısına çıxarılıblar. Məhkəmədə o, günahsız olduğunu bəyan edib və hələ də ölkəsinin prezidenti olduğunu bildirib. ABŞ məhkəməsi Venesuelanın konsulluq əməkdaşlarının onlara baş çəkməsinə razılıq verib.

Nyu-Yorkun Federal Məhkəməsində hakim Elvin Hellerstaynın sədrliyi ilə Venesuelanın sabiq prezidenti Nikolas Maduronun işi üzrə ikinci məhkəmə iclası keçirilir.

"Report" CNN-ə istinadən xəbər verir ki, hakim sözü Maduronun vəkili Barri Pollaka verib, o isə hüquqi xidmətlərin ödənilməsi məsələsi ilə bağlı müdafiə tərəfinin mövqeyini açıqlayıb.

"Təqsirləndirilən şəxslər sadəcə səriştəli vəkilə deyil, həm də öz seçdikləri vəkilə malik olmaq və bunun üçün qanuni vəsaitlərdən istifadə etmək hüququna malikdirlər. Onların müdafiə xərclərini ödəmək üçün öz vəsaitlərindən istifadə etmək kimi mütləq hüquqları var", - Pollak bildirib.

Onun sözlərinə görə, Maduro və onun həyat yoldaşı hüquqi xidmətlərin haqqını müstəqil şəkildə ödəyə bilmədiklərini bildirib və Venesuela hökumətinin onların müdafiəsini maliyyələşdirmək hüququnda təkid edirlər.

ABŞ Prezidenti Donald Tramp bu gün bildirib ki, Maduroya qarşı "başqa işlər də açılacaq".

Избранный
61
far.az

1Источники