RU

Bəhreynli səyyah: "Qarabağın hər bir şəhərinin özünəməxsus atmosferi var"

 

"Qarabağdakı hər bir şəhər və yaşayış məntəqəsi müqayisə edilməsi qeyri-mümkün və təkrarolunmaz atmosferə malikdir".

Moderator.az xəbər verir ki, bunu "Report"un Şuşaya ezam olunmuş müxbirinə bəhreynli səyyah Raşa Yusif bildirib.

"Ağdam, Xankəndi, Şuşa - bu şəhərlərin hər biri tamamilə fərqli və özünəməxsus şəkildə xüsusidir. Məsələn, Şuşa ətrafa möhtəşəm mənzərənin açıldığı zirvədə yerləşməsi ilə valeh edir. Bütün regionun necə bərpa olunduğunu və öz keçmiş əzəmətini qaytardığını görmək çox ilhamvericidir. Azərbaycan bunun üçün nəhəng işlər görüb", - o bildirib.

R.Yusif qeyd edib ki, dünyanın bütün ölkələrinə səfər edib və bu onun Azərbaycana artıq ikinci səfəridir, lakin Qarabağa ilk gəlişidir. O, ölkənin indiki halını əvvəlki səfəri zamanı olan halı ilə müqayisə edərək təkcə regionların deyil, həm də paytaxtın sürətlə inkişaf etdiyini bildirib:

"Bakı mənim sonuncu səfərimdən bəri çox dəyişib, daha da müasir və maraqlı olub".

Səyyah Qarabağa qayıtmaq niyyətində olduğunu söyləyib.

"Hökumətin bu ərazilərin inkişafını necə başa çatdıracağını və insanlar birdəfəlik öz evlərinə qayıtdıqları zaman burada həyatın necə dəyişəcəyini görmək mənim üçün çox maraqlıdır", - Raşa Yusif əlavə edib.

Избранный
7
3
moderator.az

4Источники