RU

“Uzun müddətdir qələbə qazana bilmirik” – Emin Mahmudov

Sent Lüsiya ilə oyunda qələbə Azərbaycan millisi üçün çox vacibdir.

Msport.az xəbər verir ki, bu barədə komandanın kapitanı Emin Mahmudov mətbuat konfransında bildirib.

33 yaşlı yarımmüdafiəçi “FIFA Series – 2026” beynəlxalq turnirində Sent Lüsiya yığması ilə keçirəcəkləri matçdan əvvəl fikirlərini bölüşüb:

“2026-cı ildəki ilk oyunda yaxşı çıxış etmək istəyirik. Qələbə qazanmaq bizim üçün çox vacibdir. Asan rəqib yoxdur. Uzun müddət qələbə qazana bilmirik. Meydana qalibiyyət üçün çıxmalıyıq”. (Report)

Martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək.

Избранный
44
1
msport.az

9Источники