AZ

Emin Mahmudov: “Hansı rəqib olursa-olsun qalib gəlməliyik”

“Sent Lüsiya ilə oyunda qələbə Azərbaycan millisi üçün çox vacibdir”.

İdman.Biz xəbər verir ki, bu barədə komandanın kapitanı Emin Mahmudov mətbuat konfransında bildirib.

33 yaşlı yarımmüdafiəçi “FIFA Series – 2026” beynəlxalq turnirində Sent Lüsiya yığması ilə keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

“2026-cı ildəki ilk oyunda yaxşı çıxış etmək istəyirik. Qələbə qazanmaq bizim üçün çox vacibdir. Asan rəqib yoxdur. Biz özümüz də uzun müddət qələbə qazana bilmirik. Ona görə də rəqibdən asılı olmayaraq, meydana qalibiyyət üçün çıxmalıyıq. Hansı rəqib olursa-olsun qalib gəlməliyik”.

Qeyd edək ki, martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək.

İdman.Biz
Seçilən
20
7
idman.biz

9Mənbələr