RU

Timoteuş Puxaçın gələcəyi ilə bağlı danışıqlar davam edir

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Sabah” klubu Timoteuş Puxaçın transfer hüquqlarını tam şəkildə əldə etmək niyyətindədir.

İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirilir ki, futbolçunun transferi ilə bağlı hazırda danışıqlar aparılır. İcarə müqaviləsində qeyd olunan şərtə əsasən, 600 min avro qarşılığında oyunçunun birdəfəlik transferi mümkündür. Lakin “Sabah” bu məbləğin azaldılması üçün Almaniya klubu ilə razılıq əldə etməyə çalışır.

Razılaşma baş tutacağı təqdirdə, T.Puxaçla uzunmüddətli müqavilə imzalanması planlaşdırılır.

Qeyd edək ki, 27 yaşlı futbolçu mövsümün əvvəlində Almaniyanın “Holşteyn Kil” klubundan icarə əsasında “Sabah”a keçib.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
9
1
icma.az

2Источники