RU

İsrail: SEPAH-ın dəniz qüvvələrinin rəhbər şəxsləri öldürülüb

İsrail ordusu bildirib ki, Bandar-Abbas şəhərinə endirilən zərbə nəticəsində İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin kəşfiyyat idarəsinin rəhbəri Behnam Rzaei öldürülüb.

Açıqlamaya görə, hücum zamanı dəniz qüvvələrinin komandanı Əlirza Tanqsiri də həlak olub.

Yüksək rütbəli komandirlər hədəf alınıb

İsrail hərbi rəsmiləri əməliyyatın SEPAH-ın dəniz qüvvələrinin yüksək səviyyəli rəhbərliyini hədəf aldığını və “zərərsizləşdirildiyini” bildirib.

Məlumata görə, Behnam Rzaei uzun illər dəniz kəşfiyyat fəaliyyətinə rəhbərlik edib, region ölkələri barədə məlumatların toplanması və digər kəşfiyyat qurumları ilə koordinasiyaya cavabdeh olub.

Əvvəlcədən açıqlama verilmişdi

Избранный
24
aznews.az

1Источники