RU

18 yaşlı Adam Kadırov Rusiyanın ən gənc mayoru oldu -VİDEO

Çeçenistan liderinin övladı və hazırda respublikanın Təhlükəsizlik Şurasının katibi kimi fəaliyyət göstərən 18 yaşlı Adam Kadırov ictimaiyyət arasında ilk dəfə zabit poqonlarında görünüb.

Sözügedən kadrları onun atası Ramzan Kadırov öz sosial şəbəkə hesablarında paylaşıb.

Görüntülərdə Adam Kadırovun Çeçenistanın güc strukturlarının nümayəndələri ilə keçirilən görüşdə iştirak etdiyi əks olunub. O, flora dizaynlı kamuflyajdadır, poqonlarında isə mayor rütbəsini göstərən orta ölçülü bir ulduz nəzərə çarpır. Hərbi geyimin üzərində Ramzan Kadırovun gənc yaşlarından istifadə etdiyi və daha sonra oğluna keçən "Dustum" (dari dilində tərcüməsi "dostlar" deməkdir) çağırış adı da yer alıb. Gəncin sinəsini, həmçinin müxtəlif medallar bəzəyir.

Gənc Kadırovun yeni hərbi rütbə alması barədə rəsmi qaydada heç bir açıqlama verilməyib. Buna baxmayaraq, onun Rusiya Milli Qvardiyasının təqdim etdiyi döyüşdə fərqlənməyə görə medalı da daxil olmaqla, bir çox mükafatlara sahib olduğu məlumdur.

Oxu.Az

Избранный
9
10
ikisahil.az

10Источники