RU

Paşinyan bu sahəni Rusiyanın əlindən alır Görün kimə verir?

Turkstan.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ermənistan Rusiya ilə razılıq əldə olunacağı təqdirdə Qazaxıstanın Ermənistan dəmir yolları konsessiyasını (dövlət-sahibkar əməkdaşlığı - red.) almasının əleyhinə deyil.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan martın 26-da keçirilən brifinqdə bildirib.

"Əgər bizimlə Rusiya arasında qarşılıqlı anlaşmanın olduğu, Qazaxıstan şirkətinin bizim üçün məqbul olduğu aydınlaşarsa, əleyhinə olmayacağıq", - Paşinyan deyib.

Onun sözlərinə görə, müzakirələr davam edir, "hələlik konkret heç nə yoxdur".

Paşinyan qeyd edib ki, bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Ermənistan dəmir yollarına aid məsələ müzakirə olunub:

"Rusiyalı həmkarlarımızla işçi səviyyədə müzakirələr aparılır. Bu məsələ üzrə müəyyən anlayış görürük və buna görə minnətdarıq. Dediklərimizdə Rusiyaya qarşı yönəlmiş heç nə yoxdur". /yenisabah.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
21
4
icma.az

5Источники