RU

Paşinyan dəmir yolu məsələsindən danışdı

Ermənistan Baş naziri Nikol Paşinyan əvvəllər Rusiyaya təqdim etdiyi təklifə istinad edərək, Ermənistan dəmir yollarının konsessiya idarəçiliyinin həm Ermənistan, həm də Rusiya ilə dost münasibətləri olan üçüncü ölkəyə verilməsi təklifindən danışıb.

"Cebheinfo.az" xəbər verir ki, bu gün hökumət iclasından sonra brifinqdə Ermənistanın dəmir yolu şəbəkəsinin Qazaxıstan tərəfinin idarəçiliyinə verilməsi ilə bağlı müzakirələrin aparıldığı barədə məlumatların doğru olub-olmadığına münasibət bildirən Paşinyan deyib ki, Rusiya ilə Ermənistan arasında Qazaxıstan şirkətinin hər iki ölkə üçün məqbul olduğu barədə qarşılıqlı anlaşma olsa, etiraz etməzlər.

“İndi danışıqlar bir az fərqli gedir, çünki rusiyalı tərəfdaşlar hələ "yaxşı, gəlin bunu edək" deməyiblər. Belə ideyalar mövcuddur, amma onlar yalnız ideyalardır”, - o vurğulayıb.

Paşinyan qeyd edib ki, bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Ermənistanın dəmir yolu ilə bağlı məsələ müzakirə olunub. Lakin o, bu baxımdan yeni bir şey olmadığını, iş prosesinin davam etdiyini əlavə edib.

Xatırladaq ki, Ermənistanın Baş naziri belə bir təklifi 2026-cı ilin fevral ayında Rusiya tərəfinə təqdim etmiş və bunu Ermənistan dəmir yolu şəbəkəsinin Rusiya tərəfindən idarə olunması şəraitində Ermənistanın rəqabət üstünlüklərindən məhrum olması ilə əsaslandırmışdı, çünki Rusiya tərəfindən idarə olunduğu üçün Ermənistan dəmir yolu şəbəkəsindən istifadə etmək perspektivindən imtina edən ölkələr var.

"Cebheinfo.az"

Избранный
42
3
cebheinfo.az

4Источники