Hurriyyet saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Rusiya İrana mərhələli şəkildə hərbi dronların, eləcə də tibbi ləvazimatların və qida məhsullarının çatdırılmasını başa çatdırmaq üzrədir.
Hurriyyet.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti Qərb kəşfiyyat orqanlarına istinadla məlumat yayıb.
Kəşfiyyat məlumatları ilə tanış olan mənbələrə görə, Moskva və Tehranın yüksək vəzifəli rəsmiləri ABŞ və İsrailin İran paytaxtına hücumlarından dərhal sonra dronların çatdırılması ilə bağlı qapalı danışıqlara başlayıblar. Çatdırılmaların logistikası martın əvvəlində başlayıb və ayın sonuna qədər başa çatacağı gözlənilir.
Məlumatda Azərbaycanın da adı keçir. Belə ki, rəsmi olaraq Kreml humanitar yardıma vurğu edir və Azərbaycan vasitəsilə 13 tondan çox dərmanın İrana daşındığını bəyan edib. Eyni zamanda, mənbələr iddia edirlər ki, Moskva artıq Tehrana kəşfiyyat, peyk görüntüləri və hədəf məlumatları verir.Kremlin sözçüsü Dmitri Peskov isə İrana PUA-ların ötürülməsi barədə məlumatları təkzib edib. Lakin İran liderləri ilə dialoqun aparıldığını təsdiqləyib.
Qərb kəşfiyyat orqanlarının məlumatına görə, İrana ötürülən PUA-lar Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etdiyi İran “Şahed”inin modifikasiya edilmiş versiyası olan “Geran-2” modelləridir. Bu dronlar təkmilləşdirilmiş mühərriklərə, naviqasiyaya və elektron müharibəyə qarşı müqavimətə malikdir.
Ekspertlər hesab edirlər ki, Tehran təkmilləşdirilmiş texnologiyada maraqlıdır. Analitiklərə görə, İran artıq xeyli sayda dron ehtiyatına malikdir, lakin daha inkişaf etmiş, modifikasiya edilmiş variantlar axtarır.
Qeyd edək ki, ötən həftə İsrail Xəzər dənizində Rusiya ilə İran arasında əsas təchizat marşrutuna hücum edib. Xəzərdəki hədəflərin İrana silah tədarükü marşrutları olduğu şübhə doğurmur. “Financial Times” iddia edir ki, İsrailin Xəzərdəki hücumları Rusiyadan silah ötürülməsini çətinləşdirə bilər.
Eyni zamanda, mənbələrə görə, Moskva ABŞ ilə birbaşa eskalasiya riskindən qorxduğu üçün Tehrana S-400 hava hücumundan müdafiə sistemləri verməkdən imtina edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.