ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.
Müharibə şəraiti olmasına baxmayaraq, İranda eyni zamanda edamlar da davam edir.
Sözügedən edamlar beynəlxalq ictimaiyyətdə də birmənalı qarşılanmır.
Gununsesi.info xəbər verir ki, məsələ ilə bağlı BMT-nin xüsusi məruzəçisi də reaksiyasını bildirib.
Belə ki, xüsusi məruzəçi May Sato X sosial şəbəkəsində kütləvi etirazlara qatılanların və müxtəlif cinayətlərdə ittiham olunanların edamları hələ də davam etdiyini bildirib.
O, “X” hesabında paylaşdığı mesajda edam dalğasının davam etməsindən narahatlığını ifadə edib.
Həmçinin vurğulayıb ki, kütləvi etirazlara qatılmış şəxslərin edamına dair şok edici məlumatlar alıb; bu isə İranın həyat hüququnun sistemli şəkildə pozulmasının göstəricisidir.
BMT Xüsusi Məruzəçisi X hesabında rejimin edam maşınının davam etdiyini açıq şəkildə göstərərək yazıb:
“Kütləvi etirazlar zamanı müxtəlif cinayətlərə görə edamlar davam edir”.
O, yeni sənədlərin alındığını və həbs edilən etirazçıların taleyi ilə bağlı xəbərdarlıq etdiyini də əlavə edib.
Qeyd edək ki, insan hüquqları müşahidəçiləri Satonun bu mövqeyini çıxarılan hökmün qanunsuz olduğunu və rejimin ölüm cəzasını siyasi basqı aləti kimi istifadə etdiyini sübut edən sənəd kimi qiymətləndirirlər.
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.