Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin formalaşmasında mühüm rol oynamış, ehtiyatda olan polkovnik Tofiq Məmmədov dünən qəfil ürək çatışmazlığından vəfat edib.
Hafta.az xəbər verir ki, T.Məmmədovun orduda mühüm xidmətləri olub. O, əmək fəaliyyətinə Sovet dövründə başlayıb, Naxçıvan qarnizonu üzrə əks-kəşfiyyat şöbəsinin rəisi və Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində idarə rəisi vəzifələrində çalışıb. Sonrakı illərdə müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin formalaşmasında fəal iştirak edib, ordunun strukturlaşdırılması və peşəkar kadr potensialının yaradılmasında xidmətlər göstərib.
Tofiq Məmmədov həmçinin Kəşfiyyat İdarəsinin rəisi və Baş Qərargah rəisinin müavini vəzifələrində ölkənin hərbi təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində mühüm rol oynayıb. T.Məmmədov xidmətlərinə görə bir çox dövlət mükafatları və fəxri təltiflərə layiq görülüb.