RU

Ata onu evə buraxmayan oğlunu döydü Təfərrüat

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Tovuz rayonunda ata-oğul arasında yaranan mübahisə cinayətlə nəticələnib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin oktyabrın 15-də rayonun kəndlərindən birində baş verib. 1967-ci il təvəllüdlü Məmməd həmin gün gecə saat 01:00-da yaşadığı evində oğlu Elməddin (adlar şərtidir – red.) ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı onun sifət və bədənin müxtəlif nahiyələrinə dəmir su qabı ilə vurub. Məmmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, oğlu Elməddin, gəlini Vüsalə və həyat yoldaşı Sevda ilə birlikdə yaşayır:“Oğlum Elməddin ilə bir evdə yaşasam da, aramızda bir neçə dəfə mübahisə olub. Lakin bu barədə şikayət etmədim. Yaşadığım ev mənə valideyinlərimdən qalıb. Yaşadığım evdən başqa həyətdə yardımçı tikili var. Həmin yardımçı tikilidə yaşayıram. Yatdığım otaqda istilik sistemi olmadığı üçün soyuq olur. Evdə yatmaq istəsəm də, oğlum mənə həmin evdə yatmağa icazə vermir. Mən də söz-söhbət olmasın deyə həyətdə olan yardımçı tikilidə yaşayıram”. Təqsirləndirilən şəxs qeyd edib ki, oktyabrın 15-də, gecə saat 1 radələrində oğlu Elməddinin yataq otağından səs gəldiyini eşidib: “Onların yataq otağına getdim. Otağa daxil olan zaman gəlinim ilə azyaşlı nəvəmin ağladığını gördüm. Elməddindən nə baş verdiyini soruşdum. Elməddin otaqdan çıxmağımı dedi. Nəvəmi otaqdan götürərək çıxdım. Üzərindən 5 dəqiqə keçdikdən sonra Elməddinin sözləri mənə pis təsir etdi. Elməddindən nə üçün məni otaqdan qovduğunu soruşdum. O, yenidən mənə kobud cavab verən zaman aramızda mübahisə yarandı. Yaranmış mübahisə zamanı dəmir su qabını götürərək Elməddinin bədəninin müxtəlif nahiyyələrinə vurdum. Elməddin su qabını əlimdən almaq istədi. Orada yerə yıxıldım. Əsəbi halda yerdən duraraq Elməddinin üstünə hücum etdim, dəmir su qabının qulp hissəsini onun bədəninin müxtəlif nahiyyələrinə vurdum Həmin vaxt onun sol qaş nahiyyəsi yerə dəyərək qanadı”.Bu cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Buna görə də zərərçəkən atasını bağışlayıb, ona qarşı şikayətini geri götürüb. Məhkəmə hökm çıxaran zaman bu halları nəzərə alıb. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad olunub. Onun barəsində olan cinayət təqibinə xitam verilib.Fariz Məlikli

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
67
demokrat.az

1Источники