“Qalatasaray”ın hücumçusu Mauro İkardi klub rəhbərliyinə rəsmi xəbərdarlıq edib.
İdmanxeber.az xəbər verir ki, argentinalı futbolçu imic hüquqlarına görə ona ödənilməli olan 4 milyon avronu ala bilmədiyini bildirib. Bu səbəbdən o, rəhbərliyə məktub göndərib.
Qeyd olunur ki, İkardi daha əvvəl də maaş gecikmələri ilə bağlı oxşar addım atmışdı. Məsələ onun sabiq vitse-prezident Erden Timur və keçmiş konqres üzvü Murat Özkaya ilə bağladığı müqavilə ilə bağlıdır.
Həmin şəxslərin həbs olunması ödənişin gecikməsinə səbəb olub.