RU

Azərbaycanın görkəmli hərbi xadimi VƏFAT ETDİ FOTO/VİDEO

ain.az, Bizim media portalına istinadən məlumat verir.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin formalaşmasında mühüm rol oynamış, ehtiyatda olan polkovnik Tofiq Məmmədov dünyasını dəyişib.Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, o, dünən qəfil ürək çatışmazlığından vəfat edib.

 

Qeyd edək ki, Tofiq Məmmədov əmək fəaliyyətinə Sovet dövründə başlayıb, Naxçıvan qarnizonu üzrə əks-kəşfiyyat şöbəsinin rəisi və Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində idarə rəisi vəzifələrində çalışıb.

Sonrakı illərdə müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin formalaşmasında fəal iştirak edib, ordunun strukturlaşdırılması və peşəkar kadr potensialının yaradılmasında xidmətlər göstərib.Tofiq Məmmədov həmçinin Kəşfiyyat İdarəsinin rəisi və Baş Qərargah rəisinin müavini vəzifələrində ölkənin hərbi təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində mühüm rol oynayıb.T.Məmmədov xidmətlərinə görə bir çox dövlət mükafatları və fəxri təltiflərə layiq görülüb.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
38
21
bizim.media

10Источники