RU

Azərbaycanın “yumşaq güc”ü 108 ölkədən ÜSTÜNDÜ

Dünyanın müxtəlif ölkələrinin beynəlxalq nüfuzunu və təsir gücünü ölçən “Global Soft Power Index 2026” reytinqi açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, 100 bal üzərindən hesablanan bu indeksdə 190-dan çox ölkə yer alıb və nəticələr ölkələrin yalnız iqtisadi deyil, həm də mədəni, siyasi və imic baxımından qlobal mövqeyini ortaya qoyur.

Reytinqə əsasən, Azərbaycan 35.4 balla 85-ci pillədə qərarlaşıb. Bu nəticə ölkənin qlobal “yumşaq güc” baxımından orta mövqedə olduğunu göstərir.

Azərbaycanın mövqeyi xüsusilə region ölkələri ilə müqayisədə diqqət çəkir. Belə ki, Türkiyə 52.4 balla 25-ci yerdə qərarlaşaraq açıq fərqlə önə çıxır. İran 39.3 balla 58-ci, Gürcüstan isə 39.0 balla 61-ci yerdə yerdə qərarlaşıb. Ermənistan isə 34.6 balla 93-cü yerdə qərarlaşaraq Azərbaycandan xeyli geridə qalır.

MDB məkanında da oxşar mənzərə müşahidə olunur. Rusiya 58.7 balla 14-cü yerdə qərarlaşaraq qlobal təsir gücünü qoruyur. Ukrayna 41.4 balla 47-ci pillədə yer alır. Qazaxıstan 35.9 balla 82-ci, Belarus isə 36.3 balla 81-ci yerdə qərarlaşıb.

Türk dövlətləri arasında müqayisə aparıldıqda fərq daha aydın görünür. Türkiyə bu qrupda açıq liderdir və ilk 30-luqda yer alır. Qazaxıstan və Azərbaycan isə bir-birinə yaxın nəticələr göstərir. Özbəkistanın 34.5 balla 92-ci yerdə qərarlaşması isə göstərir ki, region ölkələrinin böyük hissəsi hələ də qlobal təsir gücünü artırmaq mərhələsindədir. Qırğızıstan və Türkmənistan da siyahıda yer alsa da, daha aşağı pillələrdə qərarlaşaraq zəif mövqedədir.

Reytinqin zirvəsində isə ənənəvi olaraq qlobal güclər qərarlaşıb. ABŞ 74.9 balla birinci yeri tutur, Çin 73.5 balla ikinci, Yaponiya 70.6 balla üçüncü yerdədir. Böyük Britaniya və Almaniya da ilk beşliyi tamamlayaraq qlobal təsir gücünün əsas mərkəzləri kimi çıxış edir.

Siyahının sonunda isə əsasən kiçik ada dövlətləri və zəif iqtisadiyyata malik ölkələr yer alır. Vanuatu, Nauru və Kiribati kimi ölkələrin son pillələrdə qərarlaşması onların beynəlxalq təsir imkanlarının məhdud olması ilə izah olunur./modern/

Избранный
16
1
nocomment.az

2Источники