İranın xarici işlər naziri Abbas Əraqçı və Məclisin (parlament) sədri Məhəmməd Baqir Qalibaf ABŞ və İsrailin ehtimal olunan hərbi zərbələrin hədəf siyahısından müvəqqəti olaraq kənarlaşdırılıblar.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Məlumata əsasən, Vaşinqton və Təl-Əviv bu qərarı Tehranın rəsmi nümayəndələri ilə mümkün danışıqlar prosesinə şərait yaratmaq məqsədilə qəbul ediblər.
Xəbərə görə adıçəkilən şəxslərin hədəflər siyahısından çıxarılması qərarı cəmi 4-5 günlük bir müddəti əhatə edəcək.